Əkrəm Əylisli qadağa qoydu
17-02-2013, 11:45
Oxunub: 5 026
PEN-Klubun Azərbaycan bölməsinin rəhbəri Çingiz Abdullayev Rusiya PEN-Klubunun qalmaqallı “Daş yuxular” əsərinə görə tənqid və təhdid olunan Əkrəm Əylisli haqqında prezident İlham Əliyevə müraciətinə cavab verib. Ç.Abdullayev deyib ki, Azərbaycan Yazıçılar Birliyi “Daş yuxular”lar bağlı açıqlamasından yazıçı yaradıcılığının onun şəxsiyyətindən ayrı tutulması ilə bağlı xalqa müraciət edib.
“Biz söz azadlığının tərəfdarıyıq, biz bunu demokratik hökumətin əsas prioriteti hesab edirik, biz Əkrəm Əylisliyə qarşı olan bütün şəxsi hücumlara qarşıyıq, amma onun yaradıcılığı ilə də biz razılaşmaq istəmirik və bilmərik də. Müraciətimizin əsas mahiyyəti bu idi. Hər bir yazıçının söz azadlığından çıxış edərək bu əsəri müdafiə etməyimizi lazım bilmədiyimi göstərən bu müraciətə eyni zamanda PEN-Klub da qoşulub. Əlbəttə, bu şəraitdə mən xalqımın tərəfində çıxış edirəm. Hətta Rusiyadakı və başqa PEN-klublardan olan dostlarım tərəfindən səhv başa düşülməyimdən ehtiyatlanıram. Ümumiyyətlə bu məsələdə yazıçı deyil, psixoloq olmaq lazımdır”.
Ötən gün “Daş yuxular”dan sonra yaranan durumla bağlı məqamlara bir daha aydınlıq gətirilməsi üçün Əkrəm Əylisli ilə görüşüb müsahibə almaq istədik. Fikrimizi Əylisliyə bildirəndə cavabı belə oldu: “Mən artıq Azərbaycan mətbuatına qapalıyam. Bundan sonra heç bir məsələ ilə bağlı heç bir mətbuat orqanına müsahibə, açıqlama verməyəcəyəm. Çünki mən bir çox media orqanlarının səmimiliyinə inanmıram”.
Yada salaq ki, xalq yazıçısı və prezidentin fəxri təqaüdü də əlindən alınandan sonra yazıçı təxminən eyni açıqlama ilə çıxış etmişdi. Ancaq bundan sonra Ə.Əylisli hətta İctimai Televiziyada debatlara da qatıldı.
Ekspertlər isə bildirir ki, yazıçının bu mövqeyi beynəlxalq dəstəklə bağlı ola bilər. Yada salaq ki, son günlər ABŞ Dövlət Departamentinin sözçüsü, Rusiya PEN-Klubu Əkrəm Əylislinin Azərbaycanda sərt tənqid olunmasına, eləcə də sağlamlığı ilə bağlı təhdidlərlə üzləşməsinə qəti etirazını bildirmişdi. Yada salaq ki, Əkrəm Əylislini müdafiə edən qurumlar arasında erməni diaspor təşkilatları da var. /anspress/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər