BolgeXeber.Com » Sosial » Sabah 6 rayonda qaz olmayacaq

Sabah 6 rayonda qaz olmayacaq

19-02-2013, 19:10
Oxunub: 4 908 Ucar, Zərdab, Göyçay, Qəbələ, Ağstafa və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranacaq
Ucar, Zərdab, Göyçay, Qəbələ, Ağstafa və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 20 fevral tarixdə saat 08:00-dan “Ucar”, “Lək”, “Zərdab” və “Göyçay-2” qazpaylayıcı stansiyalarından, saat 10:00-dan 18:00-dək isə “Qəbələ”, “Köçəsgər”, “Xudat” və “Yalama” qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Ucar, Zərdab, Göyçay, Qəbələ rayonlarına, Ağstafa rayonunun Köçəsgər, Köhnəqışlaq və Eynallı kəndlərinə, Xaçmaz rayonunun Xudat şəhəri istiqamətində yerləşən bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.