Taksi, avtovus və metronun vahid kartı olacaq
20-02-2013, 12:10
Oxunub: 5 674
Bakıda vahid kart ödəmə sisteminə may ayından etibarən keçilə bilər.
Bu barədə fevralın 20-də jurnalistlərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki istismar üzrə direktoru İbrahim Əliyev məlumat verib.
Bir çox ölkələrin təcrübələrindən istifadə ediləcəyini deyən İ.Əliyev qeyd edib ki, vahid kart ödəmə sistemi sərnişinlərin ictimai nəqliyyatdan istifadəyə görə haqların ödənilməsini təmin edən bir mexanizmdir. Sistemin tətbiq olunması ilk növbədə insanların rahatlığını təmin etmək və nəqliyyatda sərnişindaşımanın işini rahatlaşdırmaqdır. Müasir sistem sərnişindaşımanın metro, taksi və avtobus vasitələrində istifadə olunacaq. Sərnişin xüsusi kartı avtobus və taksilərdə quraşdırılacaq terminallara daxil edəcək və gedəcəyi məsafədən asılı olaraq müvafiq ödəmə aparacaq.
Həmçinin sərnişinlər dayanacaqlarda quraşdırılmış POS-terminallar vasitəsilə kartdakı balansını artıra, öyrənə və digər əməliyyatlar apara bilərlər. Bu işlərə keçən ildən başlanılıb və hazırda da davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər