BolgeXeber.Com » Sosial » Keçmiş icra başçısına qarşı ittiham

Keçmiş icra başçısına qarşı ittiham

28-02-2013, 10:55
Oxunub: 7 136 Şamaxının Çıraqlı kənd sakinləri Prezident İlham Əliyevə ünvanlı şikayət məktubunu təqdim etdilər. Bolgexeber.com bildirir ki, bu barədə “Təzadlar” qəzetində məlumat yayıb. Məqalədə bildirilir ki,rayon sakinləri-Vahid Əliyev, Sərdar Məmmədov və digərləri sab iq icra başçısını şok mənimsəmədə ittiham edirlər:

"Cənab Prezident! Şamaxının keçmiş başçısı Asif Məmmədov getdi, amma bizim boğazımızdan kəsib özü üçün üzümlük saldığı 500 ha torpaq sahəsi kimi problemi qoyub getdi. Bu işlərdə ona müavini işləmiş Sərdar Ömərov dəstək vermişdi. Yəni, S.Ömərov Çıraqlı kənd bələdiyyəsinin əli ilə, sonra özü bizimlə görüşüb torpaqlarımızı su qiymətinə ələ keçirdi, bizi aldatdı… O, bildirdi ki, 500 ha torpaq icra başçısı Asif Məmmədov üçündür. Sonra həmin əraziyə «setka» çəkildi, Asif Məmmədovun adamları İsmayıllıdan beton dirəklər gətirdilər… Təsəvvür edin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şamaxı rayon İdarəsinin rəisi Vahid Əliyevin bütün texnikası bu əraziyə cəlb olundu. Həmçinin Şamaxı Yol İdarəsinin ağır texnikaları. Bu idarəyə Korrupsiya İdarəsindən yoxlama göndərilsə, hər şey üzə çıxacaq. Kəndə illərlə yol çəkməyən idarə rəisi həmin texnikaları başçı üçün salınan üzümlük sahəsinə süni göl yaratmaq üçün işlətdi. Bu iki idarənin bütün yanacağı bura sərf olundu. RİH başçısının müavini Sərdar Ömərov isə hər gün iş-gücünü atıb bu qayğı ilə məşğul olub. Hazırda ərazi əkilib, keçmiş başçı üçün üzümlük salınmaqdadır. Kəndin isə örüş yeri yoxdur, bizə məxsus bələdiyyə torpaqları beləcə zəbt olunub. Keçmiş başçı Asif Məmmədov və onun müavini, hazırda işləyən Sərdar Ömərov doğrudanmı İsmayıllı RİH başçısı Nizami Ələkbərovun başına gələnlərdən nəticə çıxarmayıb?

Cənab Prezident!

Siz haqlı olaraq dediniz ki, bəzi məmurlar və onların övladları qudurub. Xahiş edirik bizi bu qudurğan məmurların əlindən alın, zəbt olunmuş torpağımızı qaytarsınlar. Asif Məmmədov Lerikə çıxıb gedib, Şamaxıda 500 ha torpaq onun nəyinə lazımdır? Şamaxının digər kəndlərində Sərdar Ömərovun əli ilə zəbt etdiyi torpaqlar bəs deyil???»

Qarşı tərəfi də dinləməyə hazırıq...