Qaz limiti yanvarın 8-də yenilənib - Abonentlər narazıdır
11-01-2019, 10:47
Oxunub: 5 372
Yevlaxın Malbinəsi kəndinin sakinləri qaz sayğaclarının son oxunma tarixindən narazıdırlar
Söhbət ondan gedir ki, yanvarın 1-dən etibarən abonentlərə yeni limit verilməli olduğu halda, vətəndaşların ünvanına bildiriş yanvarin 8-də oxunan sayğaca əsasən gəlib. Yəni limiti keçən vətəndaşlar 8 günün sərfiyyatina görə hər kub üçün 10 yox, 20 qəpiklə ödəniş etməyə məcbur olublar.
Bolgexeber.com xezerxeber.az-a istinadən bildirir ki, ilin əvvəlində abonentlərə qaz sərfiyyatı üçün yeni limit verilsə də, Yevlaxın Malbinəsi kəndinin bəzi sakinlərinə bu limit 8 gün gec verilib. Buna səbəb əraziyə nəzarət edən ''Azəriqaz'' İstehsalat Birliyinin əməkdaşının sayğac göstəricisini yanvarın 8-də oxumasıdır.
Sakinlər iddia edirlər ki, bu hal onların daha çox pul ödəməsinə səbəb olub. Çünki onlar 8 günə görə qazın hər kubu üçün 10 yox, 20 qəpikdən pul ödəməli olublar.
Sakinlərə göndərilən əksər bildirişlərdə son oxunma tarixi 8 yanvar olaraq göstərilib.
Məsələ ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyinin sözçüsü İbrahım Kərbalayev bildirdi ki, mexaniki tipli qaz sayğaclarında qeydiyyatın aparılması növbəti ildən etibarən 4 iş günü ərzində həyata keçirilir. 1, 2, 5 və 6 yanvar tarixləri qeyri-iş günü olduğundan ayın 8-də göstəricinin oxunması tam qanunidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər