BolgeXeber.Com » Sosial » Neftçilər etiraz edir

Neftçilər etiraz edir

18-03-2013, 10:15
Oxunub: 5 320 Boss şelf” şirkətində 1000-ə yaxın neftçi bu gün səhər saatlarından etibarən etiraz aksiyasına start veriblər.
Bu barədə musavat.com-a etibarlı mənbə xəbər verib. Məlumatda deyilir ki, neftçilər tibbi sığortanın olmamasına, əmək haqqının azlığına, etiraz edirlər.
Bütün sexlərdə işin dayandırıldığı xəbər verilir. Fəhlələr tələblərini müəssisə rəhbərliyinə çatdırıb, vaxt verəcəklər. Aksiyanın davamlı olacağı, fəhlələrin öz tələblərində israr edəcəyi bildirilir.
Neftçilərin hüquqlarını müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, bu şirkətdə bu cür aksiyanın keçirilməsi birinci dəfə deyil, fəhlələrin əmək haqlarının aşağı olması onları belə tədbirlərə əl atmağa vadar edir.