BolgeXeber.Com » Sosial » Uşaq pulu ilə bağlı hökumətdən açıqlama

Uşaq pulu ilə bağlı hökumətdən açıqlama

7-09-2019, 17:46
Oxunub: 5 505 Uşaq pulu ilə bağlı hökumətdən açıqlamaBaş Nazirin müavini Əli Əhmədov Azərbaycanda uşaqlara verilən müavinətlərin ("uşaq pulu") bərpası ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən Əli Əhmədov bu məsələyə ciddi şəkildə yanaşılmalı olduğuna diqqət çəkib.

O bildirib ki, hökumət də bu məsələyə ciddi şəkildə yanaşır: "Dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın, eləcə də müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi çəkildə və eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq düzgün olar".

O qeyd edib ki, Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var: "Düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir. Amma hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək".

"Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu daha düzgün yol ola bilər. Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq onların iqtisadiyyatı inkişaf etdirməsi üçün, istehsal üçün, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin ki, çox olmayacaqdır. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə daha səmərəli şəkildə onların işləməsi üçün əsaslar yaratmaqla bu yolla gediblər"- deyə Baş nazirin müavini fikirlərinə əlavə edib .