BolgeXeber.Com » Sosial » Orta məktəblərdə bundan sonra süpürgəpulu yox, gülpulu yığılacaq ...

Orta məktəblərdə bundan sonra süpürgəpulu yox, gülpulu yığılacaq ...

1-05-2013, 10:05
Oxunub: 5 329 Yeni nazirdən yeni tapşırıq
Misir Mərdanov vəzifəsindən getdikdən sonra valideynlər fikirləşməyə başladılar ki, yeni nazir köhnə qaydaları dəyişəcək və orta məktəblərdə pul yığımının qarşısını alacaq. Amma görünən odur ki, proseslər tərs gedir.
Tia.az xəbər verir ki, yeni təhsil naziri Mikayıl Cabbarov bundan sonra orta məktəblərdə süpürgəpulunun yığılmasına qadağa qoyub. Nazirin yeni tapşırığı belədir ki, orta məktəblərdə ancaq gül almaq üçün pul yığıla bilər.
Doğrusu, belə bir addımın atılmasının dəqiq səbəbləri məlum deyil. Çünki orta məktəblərdə gül alınması yalnız hansısa əlamətdar hadisə və ya ad günlərində mümkündür. Adi günlərdə alınacaq bu güllərin nə məqsəd daşıdığı belə naməlumdur.