BolgeXeber.Com » Sosial » Bakıda dəhşət: 10 yaşlı qızı anasının gözləri qarşısında zorladılar

Bakıda dəhşət: 10 yaşlı qızı anasının gözləri qarşısında zorladılar

6-05-2013, 09:50
Oxunub: 5 723 Qızı zorlayan öz doğma qardaşı oğludur
Bakının Binəqədi rayonu ərazisində gənc oğlan azyaşlı bibisi qızına təcavüz edib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Rəsulzadə qəsəbəsində yaşayan R.Y. 10 yaşlı bibisi qızını zorlayıb.

Azyaşlı qızın anası polisə bu barədə ərizə ilə şikayət edib. O, şikayətində göstərib ki, qardaşı oğlu onun qızını yatağa salaraq üzərində seksual xarakterli hərəkətlər edib.

Faktla bağlı 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əlamətləri) maddəsi ilə cinayət işi başlanıb.