BolgeXeber.Com » Sosial » Hüquq müdafiəçisi:”Vasif Turanın faciəsini ört-basdır etməyə çalışırlar”

Hüquq müdafiəçisi:”Vasif Turanın faciəsini ört-basdır etməyə çalışırlar”

12-05-2013, 18:00
Oxunub: 5 871 Azərbaycan hakimiyyətinin mətbuata təzyiqləri danılmaz faktdır. Hər kəsə məlumdur ki, son dövrlər ölkədə jurnalistlərin həbsi olunması, onların ailə üzvlərinə olunan basqılar dünya mətbuatının gündəmindədir.
Məlum olduğu kimi, 07 oktyabr 2011-ci il tarixdə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Abşeron rayon Qobu qəsəbəsində yerləşən mənzilinin yanması nəticəsində iki azyaşlı övladlarının faciəvi şəkildə həlak olması ölkə mətbuatının gündəmini zəbt etməkdə davam edir. Baş verən faciəvi olayla ilgili ölkənin aparıcı media mənsubları və hüquq müdafiəçiləri öz mövqeylərini bildirmişlər.
Bu məsələ ilə əlaqədar İnsan Hüquq və Azadlıqlarını Müdafiə Təşkilatının sədri, Hüquq Müdafiəçisi Rasim Əlizadənin fikirlərini öyrənməyə çalışdıq. Hüquq Müdafiəçisi Xalqxeber.Az-a öz açıqlamasında baş verən faciəvi olayı sıradan bir olay kimi araşdırılmasını sifarişli hesab edir, eyni zamanda hadisə ilə bağlı ilkin araşdırmalar zamanı şübhəli şəxs Rəsul Babayevin FHN naziri Kəmaləddin Heydərovun adından yaxın qohumu kimi danışmasıda açıq şəkildə hadisənin sifarişli və konkret olaraq faciənin cinayət hadisəsi olmasının bariz nümunəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, iki azyaşlı uşağın faciəvi ölümü ilə nəticələnən bir olay, hansı əsasla FHN-nin Baş Təhqiqat və İstintaq idarəsində araşdırılması məntiqə uyğundur. Təhqiqat zamanı zərərçəkmiş tərəfin tələb və vəsadətləri təmin edilməmiş, eskumasiya məsələsi təhqiqatı narahat etdiyindən qətiyyətlə rədd edilməsi, ekspertiza zamanı ekspertin qarşısında qoyulan suallar birbaşa hadisənin sıradan bir qəza kimi dəyərləndirilməsinə hesablanması Vasif Turana və onun ailəsinə qarşı, peşə fəaliyyəti ilə əlaqədar törədilmiş cinayətin üstünün ört-basdır edilməsindən başqa bir şey deyil.
Qeyd olunanlarla əlaqədar dövlət başçısına və digər müvafiq qurumlara ünvanlanmış müraciətlərin qeyri-obyektiv araşdırılması baş vermiş cinayət hadisəsinin siyasi xarakter daşımasını deməyə əsas verir.
Ölkədə media nümayəndələrinə və ictimaiət nümayəndələrinə qarşı törədilən ard-arda cinayətlərin baş verməsi habelə bu kimi cinayətlərin hələ də üstünün açılmaması bir daha əsas verir ki, Azərbaycanda mətbuat nümayəndərinə qarşı konkret şəkildə kampaniya aparır.
-Rasim müəllim, cinayət hadisəsinin üstünün açılması və bu cinayətdə günahkarların ifşa olunması üçün nə etmək olar?
- İlk olaraq zərərçəkmiş tərəfin eskumasiya tələbinə dair vəsadətin təmin olunmasına nail olmaq və təkrar ekspertizanın təyin edilməsinin təşkili təmin edilməlidir. Eyni zamanda Respublika Baş Prokurorluğu cinayət hadisəsinin obyektiv şəkildə araşdırılmasında maraqlı olmalıdır. Bu zaman cinayət hadisəsinin üstünün açılmasına və günahkarların cəzalandırılmasına nail olmaq mümkünləşər.
Zərərçəkmiş tərəfin qaldırdığı vəsadətlər bir daha rədd edilərsə, o zaman hansı addımlar atmaq olar?
- Zərərçəkmiş tərəfin vəsatətlərinin bu günə kimi təmin edilməməsi deməyə əsas verir ki, Azərbaycanda alternativsiz ekspertiza olduğundan və Vasif Turana qarşı qərəzli mövqeyin olması səbəbilə vəsadətlərin təmin ediləcəyinə inanmaq absurdur. Lakin işin, Avropa İnsan Haqları Məhkəməsinə kimi çıxarılması üçün Azərbaycanın ədalətsiz məhkəmələrini keçmək məcburiyyətindəyik.
Bolgexeber.com