BolgeXeber.Com » Sosial » Abşeron rayonunda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir - Fotolar
Abşeron rayonunda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir - Fotolar
22-05-2020, 11:35
Oxunub: 5 300
Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası Abşeron rayonunda da həyata keçirilir.
Hazırda Abşeron rayonunda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı, qabaqlayıcı tədbirlərin görülməsi diqqət mərkəzindədir. Belə ki, rayonda xəstəliyin yayılmasının qarşının alınması, əhalinin mütəmadi olaraq məlumatlandırılması və əsassız dezinformasiyanın qarşısının alınması məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılıb, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir.
Bütün ölkədə olduğu kimi, Abşeron rayonunda da təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib.
Əməkdaşlarımız Abşeron rayonunda yerləşən 1 və 2 saylı orta məktəbdə , eləcə də küçə və meydanlarda, park və xiyabanlarda, ticarət və xidmət obyektlərində, çoxmənzilli binaların giriş hissələrində,xəstəxanalar,təhsil ocaqları,xəstəxanalar, idarə və təşkilatlar , müəssisələr və digər yerlərdə dezinfeksiya işlərinin aparılmasının şahidi olublar.
Abşeronda pandemiya dövrü başlayandan koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq keçirilir , əhalinin koronavirusdan qorunması üçün də təxirəsalınmaz tədbirlər görülür.
Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Müslimə Cəfərova əməkdaşımızla söhbətində bildirdi ki, Abşeron rayon İcra Hakimiyyəti yanında yaradılan qərərgahın iş planına uyğun olaraq xəstəliyə yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün rayon ərazisində dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir:
“Bizim kifayət qədər tibbi avadanlıqlarımız, lazımi texnikamız var. Çatışmamazlıq olanda yerli rayon rəhbərliyi və baş idarəmiz həmişə bizə kömək edir”.
BÖLGƏ TV-nin Abşeronda olan əməkdaşları sakinlərlə görüşüb söhbət edib. Rayon sakinləri rayonda görülüən dezinfeksiya işlərindən və rayon rəhbərliyindən razılıqlarını bildiriblər.
BÖLGƏ TV










































Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər