Bankların qarşısı koronavirus mənbəyidir - AÇIQLAMA
24-07-2020, 15:01
Oxunub: 5 608
Bir müddət əvvəl valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlayacağına dair xəbərlər yayılsa da, gözləntilər özünü doğrultmadı. Valyuta dəyişmək istəyən onlarla şəxs bankların qarşısında növbəyə dururlar. Sosial izolyasiya qaydalarının tətbiqi ilə əlaqədar insanların banklara növbəli şəkildə girişinə icazə verildiyi üçün çöldəki növbələrdə iynə atsan yerə düşmür.
Ekspertlər isə hesab edir ki, növbədə gözləyənlərin əksəriyyəti banka dollar alışı ilə bağlı müraciət etdiyi üçün "exchange"ləri açıb, insanların işini yüngülləşdirmək lazımdır. Bu zaman nə koronavirusun yayılması üçün münbit şərait yaranar, nə də insanlar saatlarla qızmar günəş altında növbə gözləmək məcburiyyətində qalar.
İqtisadçı-ekspert Fuad İbrahimov da "Şərq"ə açıqlamasında indiki situasiyada valyutadəyişmə məntəqələrinin bərpa edilməsini son dərəcə əhəmiyyətli hesab etdiyini deyib. Ekspertin sözlərinə görə, 2015-ci ildə milli valyutamızın ardıcıl olaraq iki dəfə devalvasiyaya uğramasından sonra Mərkəzi Bankın heç bir institutsional dəyərlərə əsaslanmadan "exchange"ləri bağladı. Sanki manatın ucuzlaşmasına səbəb bu məntəqələrin fəaliyyəti səbəb olurmuş:
"Halbuki, valyutadəyişmə məntəqələrinin bağlanması "qara bazar”ın yaranmasına şərait yaratdı. Hazırda da bu proses davam edir. Onlayn şəkildə həyata keçirilən bu mübadilədən hər kəs xəbərdardır və bu işlə kimlərin məşğul olduğunu da bilirlər. Bu gün bankların qarşısında valyuta dəyişmək üçün növbə gözləyən insanlar 300-500 dollara görə orda dayanıb. İri məbləğlərin alqı-satqısı isə məhz sosial şəbəkələr vasitəsilə aparılır".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər