“Gizli toy edənlər düz edirlər!“ – Deputat
10-04-2021, 14:31
Oxunub: 4 968
Son günlər ölkəmizdə gizli keçirilən toylarla bağlı narazılıqlar səngimək bilmir. Bəzi vətəndaşlar karantin rejimi olmasına baxmayaraq ölkədə gizli toy məclisləri keçirməyə davam edirlər. Maraqlısı isə odur ki, bu məsələyə münasibətdə fikirlər haçalanır. Gizli toy edənləri qınayanlarla yanaşı, onlara haqq verənlər də var. Milli Məcliisn deputatı Fazil Mustafa ikinciləri təmsil edir.
Yenisabah.az-a danışan deputat qeyd edib ki, iaşə məkanlarına kütləvi axın olduğu halda toylara qoyulan qadağa anlaşılan deyil:
“Vaxtilə keçmiş SSRİ-də Cinayət Məcəlləsində möhtəkirlik adlanan bir maddə var idi. Bu maddə hər hansı şəkildə gizli alver edən, ticarətlə məşğul olan insanlara şamil olunurdu. Amma faktiki olaraq cəmiyyətdə bu var idi, alver gedirdi. Cinayət Məcəlləsində bu maddənin olduğu, cərimələr tətbiq olduğu hər kəsə məlum idi, buna baxmayaraq hamı bilirdi ki, ticarət davam edir. İndi toy məsələsi də onun kimidir. Toy məsələsi var, bu reallıqdır və qaçınılmazdır. İnsanlar bunu etməlidir”.
Fazil Mustafa deyib ki, vaxtında bu məsələni tənzimləməmək insanların günahı deyil. Onun sözlərinə görə, müvafiq qurumlar vaxtında məsələni tənzimləməli idi ki, sonralar “gizli toy” problemi yaranmasın: “Çox təəssüf ki, qadağa ilə bunu ötüşdürdülər və əhali də öz addımını atdı. Məncə, doğru etdilər. Vətəndaşların qaydalara əməl etmək və müəyyən dərəcədə özlərini qorumaqla gizli şəkildə də olsa, toy keçirməklərini normal qəbul etmək lazımdır. Çünki bu bir reallıqdır, insan həyatıdır. İnsanlarının həyatının elə bir mərhələsi ola bilər ki, toyu indi keçirməsə gələcəkdə həyatı alt-üst ola bilər, münasibətləri pozular və s. Ona görə də mən buna normal yanaşıram, hər hansı şəkildə əndazəni aşarlarsa, bu zaman cəzalandırma ola bilər, amma normal şəkildə, həyətində, sosial məsafəni qorumaq və az adam dəvət etməklə bunu edirlərsə, mane olmağı doğru hesab etmirəm. Qanun müəyyən dərəcədə bunu tələb etsə belə, toy insanların həyatında ən vacib məsələlərdəın biridir. Bu məsələdə vətəndaşların üzərinə bu dərəcədə gedilməsi doğru deyil. Sadəcə tənzimləmək lazımdır ki, məsələn filan sayda adamla etmək olar. Sayı aşarlarsa cəzalandırılsınlar. Amma ümumiyyətlə qadağa qoyanda insanlar təbii ki, bunu gizli şəkildə edəcəklər. Bu məsələdə kimisə qınamağın adı yoxdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər