BolgeXeber.Com » Sosial » Məktəblər noyabrda bağlanacaq? - Təhsil Nazirliyi cavab verdi VİDEO
Məktəblər noyabrda bağlanacaq? - Təhsil Nazirliyi cavab verdi VİDEO
27-10-2021, 13:18
Oxunub: 4 512Sosial şəbəkələrdə müzakirələr zamanı noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur. Bolgexeber.com xəbər verir ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" verilişində bu iddiaların həqiqəti nə dərəcədə əks etdirməsinə münasibət bildirib: "Rəsmi onu deyə bilərəm ki, bu gün üçün belə bir qərar yoxdur. Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq. ÜST-ün tövsiyəsi ondan ibarətdir ki, təhsil müəssisələri sonda bağlanmalıdır". Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz: