Gənclərin Milli Müqavimət hərəkatı yaradıldı
26-05-2011, 15:05
Oxunub: 7 305

Gənclərin Milli Müqavimət hərəkatı yaradılıb. Bu barədə Bolgexeber.com-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü, bayraqdar Elman Türkoğlu məlumat verib.
Onun sözlərinə görə, artıq hərəkatın ətrafında 100-dən çox gənc toplaşıb. Türkoğlu qeyd edib ki, hər partiyanın Gənclər Təşkilatı olduğu kimi KXCP-nin də Gənclər Təşkilatı olmalı idi və bu təşkilat onun təşəbbüsü ilə yaradılıb. O, gənclər təşkilatının sədrinin Emil Qurd, müavini isə Ceyhun Ər Tunqa olduğunu söyləyib: “Bizim bir amalımız var. İşğalda olan torpaqlarımızı nəyin bahasına olur olsun geri qaytarmaq”.
O, Milli Müqavimət Hərəkatının Azərbaycan, türk birliyi və Turan uğrunda mübarizə aparacağını deyib: “Hamı bilir ki, mən həmişə gənclərlə oturub-dururam. Dədəm Elçibəyin bir sözünü yada salım. Dədəm deyib ki, elə eləməyin, cavanları başıma toplayıb üstünüzə gəlim. Yaxın zamanlarda bizim müxalifət rəhbərləri ilə görüşlərimiz olacaq. Əgər biz deyən olmasa, əlimizdə bayraqlar gənclərin önündə meydanlara gələcəyik. Biz müxalifətə və iqtidara sübut edəcəyik ki, hələ ölməmişik və biz varıq. Meydana gənclərlə gələcəyəm”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər