BolgeXeber.Com » Sosial » Nəyə görə bizə pul bəs etmir? - 8 SƏBƏB

Nəyə görə bizə pul bəs etmir? - 8 SƏBƏB

25-08-2013, 09:20
Oxunub: 3 957 1 . Kredit kartları

Araşdırmalara əsasən, kredit kartlarında istifadə edən bir insan aylıq əmək haqqının 10 % banklara ödəyir. Bankların işlətdiyi "minimum ödəniş” hiyləsi İnsanları buna cəlb edir. Bank müştəriləri bu kartlardan istifadə etməsələr, bir neçə ay ərzində maaşlarının yarısına dolanmalı olacaqlar. Buna isə müştərilər razı ola bilmədikləri üçün kredit kartlarında istifadə etməyə davam edirlər.

2 . Avtomobillər

Bir çox insanlar avtomobilləri sevirlər. Pula qənaet edərək onlar avtomobil əldə edirlər. Və əksər hallarda avtomobil almaq üçün kreditlərə müraciət edirlər. Bunun nəticəsində ən zəruri ehtiyyaclarına belə qənaət etməli olurlar. Məsələn, məzuniyyət çıxmaq, həkimlərə müraciət etmək kimi və s. Çünki o, avtomobilə görə kredit, avtomobilə əlavə edilmiş cihazlara görə və bahalı sığortaya görə pul ödəməlidir. Həmçinin bura park edilməyə, benzin almağa, hər mövsümdə bir dəfə rezin dəyişdirilməyə sərf olunan xərcləri də əlavə etməliyik. Lakin insanlar bunlardan şikayətlənmirlər.

Əgər avtomobil sahibi öz sevimli əşyasının qiymətini hesablasaydı, o zaman onun dörd ayaqlı dostunun onun maaşının üçdə bir hissəsinin və boş vaxtının yarsını yediyini görərdi.

3 . Reklamlar

Reklamlar nəticəsində əhalinin əksəriyyəti bahalı, lakin sağlamlığa ziyan gətirən restoranlara müraciət edib fast fud yeyirlər, bahalı brendlərə müraciət edərək, bren geyimlər alırlar.

Üstəlik reklamların onlara heç cür təsir etmədiklərinə və boş pul kisələrinin və xəstə mədələrinin öz şəxsi seçimlərinin olduğuna inanırlar.

4. Bahalı əşyalar

Əksər hallarda biz ucuz əşyalar alacaq qədər varlı olmadığımızı hesab edirik. Bəzən hətta kafelərdə qəhvə almağa belə pulumuz çatmır. Lakin "bu mənim üçün çox bahalıdır” deyə bilmirik. Buna görə də biz daim özümüzə bahalı əşyalar almalı oluruq.

Maaşımızdan iki dəfə baha olan gödəkçə? Mən ucuz əşyalar alacaq qədər varlı deyiləm. Qiyməti 900 AZN olan axırıncı model noutbuk? Mən ucuz əşyalar alacaq qədər varlı deyiləm. Eybi yox, yüksək faizli kredit götürərək, mən bu noutbuku alacam. "Yox” deməyi bacarın.

5 . Ah –vayçılar

Ətrafımızda hər şeydən şikayətlənən insanlar çoxdur. Onlar ya müdriyyətindən, ya yol polisindən, ya da şəhər merindən narazı olurlar. Təbii ki, biz demokratik ölkədə yaşayarıq və hər kəs haqqında fikrimizi sərbəst şəkildə ifadə edə bilərik. Lakin haradasa haqsızlığın hökm sürdüyünü, kiminsə haradasa əziyyət çəkdiyini düşünmək və onlara heç cür kömək edə bilməmək hissi insanı özünü gücsüz hiss etməyə vadar edir. Əgər kimsə həmən insalara dünyanın haqsızılıq üzərində qurulduğunu və dünyanı dəyişmək üçün ilk olaraq özümüz dəyişmək məcburiyyətində olduğumuzu başa salsaydı, o zaman onlar daha çox uğurlara nail ola bilərdilər. Biz enerjimizi yaradacılıq fəaliyyətinə sərf etsək, cəmiyyət üçün daha faydalı ola bilərik.

6 . Pis dişlər

Bir sıra insanlar həkimə müraciət etməyi təxirə salırlar.

Onlar kariyesin zökəm olmadığını və özü-özünə keçməyəcəyini yaxşı bilirlər. Lakin hal-hazırda vaxt qıtlıqlarının və əlavə xərclərinin olduğunu düşünərək stomatoloqa müraciət etməyi təxirə salırlar.

Protez taxılma prosessin uzun müddət sürdüyünü, ağrılı olduğunu və ən əsas, baha olduğunu nəzərə almırlar. Nəticədə, elə insanlar həm sağlamlıqlarına, həm də ciblərinə ziyan gətirmiş olurlar.

7 . Toylar və ad günləri

Biz toylara çox pul sərf edirik. Xüsusəndə toyun təşkil oluması prosessinə. Hər kəs öz nigah mərasimini dəbdəbəli şəkildə keçirtmək istəyir. Lakin əgər hər hansısa bir cütlük nigah mərasimlərini mütəvazi şəkildə ailə və yaxın dostlarının əhatəsində keçitrsə , heç kəs onları mühakimə etməyəcək.

Bu qədər pul sərf edib toy mərasimi təşkil etməyin bir neçə səbəbi var. İlk olaraq, adət və ənənələr bizi belə etməyə məcbur edir. İkinci səbəb isə hər bir xanımın ağ gəlinlikdə çox saylı qonaqların qarşısında toyunu qeyd etməsindədir.

8 . Xırda xərclər

Əgər biz restoranlarda nahara, taksilərə sərf etdiyimizi pulu hesablasaydıq dəhşətə gələrdik. Lakin bu xərclər bizə önəmli gəlmirlər. Çünki biz hər ay sonunda onları hesablamırıq. Taksi ilə getmək əvəzinə digər ictimai nəqliyyat növündən , məsələn, avtobuslardan, metrodan , istifadə etsək, daha çox pul qənaət etmiş olacağıq.

banker.az