BolgeXeber.Com » Sosial » 48 saylı Təlim-Tədris Mərkəzində ata və oğul dövlətin büdcəsini talayır?

48 saylı Təlim-Tədris Mərkəzində ata və oğul dövlətin büdcəsini talayır?

25-08-2013, 14:50
Oxunub: 5 824 Yeni təyin olunmuş Təhsil Naziri Cənab Mikayil Cabbarov, təhsilimizdə baş alıb gedən saxtakarlıqlarin qarşısını almaqla, gələcəyimiz olan təhsilin inkişafına təkan vermişdir. Son zamanlar cəmiyyətdə böyük narazılıqla qarşılanan müəllim-valideyin münasibətləri artiq günün ən aktual mövzusuna cevrilmişdir. Orta məktəblərdə və ali təhsil ocaqlarında rüşvətin tuğyan etməsi, şagird və tələbələrin haqlı şıkayətləri, cənab nazir tərəfindən birbaşa araşdırılaraq tədbir görülməkdədir. Elə bu məqsədlə vətəndaşların KİV-ə müraciətləri daha çox üstünlük təşkil edir. Etiraf etmək lazımdır ki, istər ali, istərsə də orta məktəblərdə pul yığımı ciddi şəkildə müzakirə edilmişdir. Və Cənab Nazir Mikayil Cabbarov, çıxışlarında bildirmişdir ki, hec bir müəllimə güzəştə getməyəcəkdir. qlobxeber.az saytına daxil olan məlumatda göstərilir ki, Suraxanı rayonu 48 saylı Təlim-Tədris Mərkəzinin direktoru Aftandil Nəbiyev bütün vasitələrdən istifadə edərək, gəlir məqsədi ilə təhsil müəssisəni “özəlləşdirmişdir”. Belə ki, direktor sözügedən təhsil müəssisəsindən azad edildikdən sonra, külli miqdarda vəsait hesabına öz oğlu Nəbiyev Firudini 48 saylı Təlim-Təhsil Mərkəzinə direktor təyin etdirmişdir. Etibarlı mənbənin verdiyi məlumata görə, direktor Firudin Nəbiyevin Təlim-Təhsil Mərkəzindən anlayışı olmadığı üçün, ona yaxından köməklik göstərən məhz atası Aftandil Nəbiyevdir. Başqa bir məlumatda bildirilir ki, “rəhbər” olduğu Təlim-Tədris mərkəzində Aftandil müəllim, yaxınlarını və etibar etdiklərini “işlə” təmin etmişdir. Lakin maaş kartları Aftandil müəllimin şəxsi nəzarətindədir. Dövlət büdcəsini minbir yollarla talamaq, mənimsəmək müstəqil dövlətimizə “Arxadan vurulan zərbə” kimi qiymətləndirilməlidir. Biz Qlobxeber.az saytı olaraq inanırıq ki, məsələ ilə bağlı Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və Baş Prokurorluq Yaninda Korrupsiyaya Qarşı Mübarizə idarəsi ciddi araşdırmalara başlayacaqdır. Və məqalədə göstərilən Suraxanı rayonu 48 saylı Təlim-Tədriz mərkəzində baş alıb gedən qanun pozuntuları barədə oxucularımıza məlumat verəcəklər.