SOCAR-ın işçiləri Binəqədidə pensiyaçının evini başına uçurdular
3-09-2013, 15:50
Oxunub: 6 811
“15-20 nəfər idilər, hucum edib həyətdəki evimi uçurdular. Mən oranı 10 gün idi ki, tikmişdim. Mətbəx kimi istifadə edəcəkdim” - bu sözləri “Yeni Müsavat”a Binəqədi rayon sakini Vasif Əliyev deyib. Onun sözlərinə görə Binəqədi rayonu, 1-ci Mədən küçəsi ev 672 ünvanında 4 ildir ki, yaşayır: “Pensiyaçıyam, aldığım pensiya pulunu üst-üstə yığıb həyətdə balaca bir mətbəx tikmişəm. Həyətim sot yarımdır, 4 il əvvəl həmin ünvanın alanda mənə Binəqədi Rayon Bələdiyyəsi sənəd də verib. SOCAR-ın həmin yerə aidiyyatı yoxdur. Mən öz torpağımda, həyətimin içində mətbəx tikdim. Bundan Dövlət Neft Şirkətinin mühafizə xidmətinin əməkdaşları xəbər tutdu. Gəlib mətbəxi uçurdular. Həyətimə 15-20 nəfər soxuldular, dedilər sökürük. Mən də dedim ki, əgər qeyrətiniz çatırsa gedin heç olmasa Ağdamın 1 kəndini alın, üstümə dəstə ilə niyə gəlmisiz? Nə özlərini təqdim etdilər, nə də məhkəmədən sənəd göstərdilər. Bircə onu deyirdilər ki, “Binəqədi oyl”dan müavin göstəriş verib.
V.Əliyev məsələ ilə bağlı hara üz tutmalı olduğunu da bilmir: “Mənə qarşı bu quldurluqla bağlı sözümü kimə deyim bilmirəm. Hər halda qəzetinizi Neft Şirkətinin rəhbərliyi oxuyur. Qoy onlar öz qoçu dəstələrinə quldurluq etməyi yasaqlasınlar. Mən illərlə qəpiyi-qəpiyin üstünə qoyub mətbəx tikdim, bir neçə dəqiqənin içində başıma uçurdular. Bununla Neft Şirkəti nə qazandı?”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər