BolgeXeber.Com » Sosial » Susuz qalan Nərimanov sakinlərinin keçirəcəyi piketə 7- ci mikrorayon sakinləri də qoşulacaq
Susuz qalan Nərimanov sakinlərinin keçirəcəyi piketə 7- ci mikrorayon sakinləri də qoşulacaq
21-09-2013, 09:55
Oxunub: 5 202
Xatırladaq ki,dünən Qafqaznews.az –da «Azərsu» nun ucbatından Nərimanov rayonu Aşıq Alı küçəsinin sakinlərinin susuz qalmasından bəhs edən “Susuz qalan Nərimanov sakinləri PA-nın qarşısında piket keçirtməyə hazırlaşırlar” adlı yazı dərc olunmuşdur.
Məsələ ilə bağlı dünən redaksiyaya zəng vuran Binəqədi rayonu, 7- ci mikrorayon sakini Hökümə Ağayeva bildirdi ki, Nərimanov rayonu Aşıq Alı küçəsinin sakinlərinin yaşadığı problemi onlar da yaşayırlar və bu səbəbdən onlar da böyük məmnuniyyətlə Nərimanov rayon A.Alı küçəsinin sakinlərinin PA-nın qarşısında keçirəcəkləri piketdə iştirak edərlər. Çünki onların da üzləşdiyi anoloji problem uzun müddətdir ki,aradan qaldırılmır.
Sonra Hökümə Ağayeva çox gözəl məntiqlə “yezid” məsələsinə toxundu.
“Qədim zamanlarda yezidlər hakimiyyətə gəlmək üçün suyu kəsib camaata verməyiblər ki, öz siyasətlərini həyata keçirə bilsinlər .Bu gün də “Azərsu”nun rəhbərliyi elə siyasət yürüdür ki ,sanki seçkiqabağı camaatı hökümətə qarşı qaldırmaq istəyir. Əgər bu şəxslər su çəkilişi ilə bağlı tenderlərdə qalıb gəlib xalqı susuz qoyacaqdılarsa,onda niyə bu layihədə iştirak edirdilər?!
Çəkilərdilər kənara , bu işlə peşəkarlar ,işin öhdəsindən yaxşı gələn başqa şirkətlər məşğul olardı. «Azərsu» ASC-nin gördüyü yarıtmaz işin ucbatından hal-hazırda Aşıq Alı küçəsində, 7- ci mikrorayonda minlərlə ailə susuz qalıb.Ümidimiz yalnız prezidentə və mətbuatadır . Bəlkə mətbuat vasitəsilə problem ictimaiyyətə çatdırıldı və prezident də bizim problemimizdən xəbər tutdu. Görün “Azərsu” öz “yezidi kompaniyası” ilə bizi nə vəziyyətə salıb.... “,-Hökümə xanım bildirdi.
Məsələni diqqətdə saxlayacayıq.
Qafqaznews.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər