BolgeXeber.Com » Sosial » Tovuzda ünvanı səhv düşən ünvanlı sosial yardım

Tovuzda ünvanı səhv düşən ünvanlı sosial yardım

26-08-2010, 17:45
Oxunub: 6 888
Tovuzda ünvanı səhv düşən ünvanlı sosial yardım

Və ya Mahmud Hüseynovun cibindəki kartların sayı 200-dən çoxdur

Azərbaycanda əqli kəsən demək olar hər kəsə məlumdur ki , aztəminatlı ailələr üçün nəzərdə tutulmuş və hər ay pul şəklində verilən sosial müavinat alanlar o kateqoriya siyahısına düşmək üçün mütləq alacağı illik pulun 30-40%-ni rüşvət qisimində dövlət qulluqçusuna verməlidir. Həmin məbləğ məmura ya əvvəlcədən nağd şəkildə, ya da sonra hissə-hissə verilməlidir. Bu rəzaləti quranlar onu elə fikirləşiblər ki, yardım olan binəva (ya avam) vətəndaşın dövlət qulluqçusunu “aldatmaq” imkanı olmasın.

Hər halda indiki dövrdə bütün bunları həmin rayonun Sosial Müdafiə Mərkəzini drektorunun insafına buraxmaq lazımdır. Ancaq çox zaman bu da effekt vermir. Loru dildə desək həmin rəhbərlərin bəzilərinin insafı yeri-dibli şəkildə yoxdur
Məsələn Tovuz rayon Sosial müdafiə Mərkəzinin rəhbəri Mahmud Hüseynovu misal gətirmək olar.
Redaksiyamıza daxil olan şikayətlər əsasında Tovuz rayonunda olan əməkdaşlarımızn gördükləri isə əsl vəhşilikdən xəbər verir.
Bu qənaətə rayonun vətəndaşlarım ilə söhbətdən sonra gəldik.
Vətəndaş Kərəməli Ağayevin bildirdiyinə görə Mahmud müəllimdə olan insaf belədir: O plastik kartların korupsiyanın qarşısını almaq məqsədi daşıdığı halda bizim “yaradıcı” təbiətli Mahmud Hüseynov məsələdə də “gözəl” çıxış yolu tapıbr.Vətəndaşın yardım almaq üçün tələb olunan rüşvəti nağd verməyə gücü çatmadıqda ona humanistcəsinə şərait yaradılır ki, qol çəkib, kodu verib kartı həmin məmurun ixtiyarına verir. Həmin məmur isə yardımın öz haram payına düşən 4-5 ayını aybaay özü götürəndən sonra qətiyyən utanıb-xəcalət çəkmədən kartı öz halal sahibinə qaytarır.

“Bolgexeber” milli xəbər portal olaraq daha bir neçə rayon sakinini dindirmək qərarına gəldik. Vətəndaşların yanında Mahmud Hüseynovun adını çəkər-cəkməz başladılar. Vətəndaşların çoxu cahillikdən özləri də rüşvət verməyə meyllidirlər və öz hüquqlarını tələb etmirlər, mübarizə ruhunda yaşamırlar. Əslində normal vətəndaş nə qədər ehtiyacı olsada bu cür şəkildə verilən yardımdan imtina etməlidir, onu boykot etməlidir və vəziyyəti kökündən dəyişməyə çalışmalıdır. Sadəcə olaraq bir çox pisixoliji cəhətdən “heç olmasa 7 ayını alacam,neyləmək olar,bu da qənimətdir. Mən verməsəm ,ala bilməyəcəm, ancaq başqası onsuz da pul verib alacaq” kimi səhv məntiq ilə düşünüb hərəkət edir ki, onu da bu baxımdan tam qınamaq olmaz. Cünük Mahmud müəllimin iştahası bunu tələb edir. Əlbəttə, insanlarımız şüur cəhətdən inkişaf etmədikcə,sağlam,düzgün vətəndaş mövqeyi nümayiş etdirmədikcə bu cür biabırçı hallar hələ çox davam edəcək. Ancaq hər bir halda həqiqətən ehtiyacı olan insanlarımıza ünvanlı sosial yardımın tam çatmaması çox ürəkağrıdan , hiddət doğuran dövləti vacib bir məsələdir.

P.S Ancaq onu da deyək ki, Mahmud müəllimin əməlləri bununla bitmir. Mahmud müəllim öz qanunsuz əmməllərini ört-basdır etmək ücün kimlərə haqq verdiyini isə yaxınlarda oxuyacaqsınız. Hələ o sahədə sektor müdüri olanda daha yaxşı işlər görürmüş. Tovuz rayonundan tam hazırlanmış reportajı yaxın günlərə sizlərə təqdim edəcəyik.