BolgeXeber.Com » Sosial » Bu yolda hərəkət “Formula 1”ə görə dayanır

Bu yolda hərəkət “Formula 1”ə görə dayanır

15-04-2023, 10:42
Oxunub: 2 304
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərini davam etdirir.

Bolgə.TV
xəbər verir ki, BŞH-dan verilən məlumata görə, bu gün gecə saat 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Orada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.

Daha əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi və Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanıb.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.