BolgeXeber.Com » Sosial » Orucluqdan sonra toy qiymətləri bahalaşdı

Orucluqdan sonra toy qiymətləri bahalaşdı

27-04-2023, 10:02
Oxunub: 1 232
Ramazan ayından sonra artıq bir neçə gündür ki, toy mövsümü başlayıb.

Bir çox restoranda yayın sonuna qədər yer yoxdur.

Cütlüklər nigah və nişan mərasimlərini də açıq havada keçirməyə üstünlük verirlər.

Bolgə.TV xəbər verir ki, inzibatçılar "Xəzər Xəbər"ə bildirib ki, qiymətlərin baha və ucuz olmasına səbəb menyudakı yeməklərdən, həmçinin içkilərdən asılı olur.

Ümumilikdə isə restoran sahibləri menyuların qiymətində bu il təxminən 8-15 faiz arasında bahalaşma olduğunu deyirlər.