BolgeXeber.Com » Sosial » Füzulidə ağır qəza: ölənlər var

Füzulidə ağır qəza: ölənlər var

13-09-2023, 11:26
Oxunub: 1 208
Sentyabrın 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində VAZ markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəticədə sürücü və sərnişin qismində olan Füzuli rayon sakinləri Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb. Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.