BolgeXeber.Com » Sosial » Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

13-09-2023, 12:25
Oxunub: 1 280
Bakı və Abşeron yarımadasında hazırda qeyri-sabit yağıntılı hava şəraiti müşahidə olunur.

Bolgə.TV xəbər verir ki, bu sözləri açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Bakı və Abşeron yarımadasında bu gün axşam saatlarına doğru yağıntılar kəsiləcək. Sentyabrın 14-ü gündüz saatlarından isə əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Sentyabrın 15 havanın gün ərzində yağıntısız keçəcəyi gözlənir”, - Məmmədova bildirib.