BolgeXeber.Com » Sosial » Mikayıl Cabbarov tələbələrin etirazına münasibət bildirdi

Mikayıl Cabbarov tələbələrin etirazına münasibət bildirdi

4-11-2013, 14:30
Oxunub: 4 155 Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov son zamanlar bəzi ali məktəb tələbələrinin imtahanların keçirilmə formalarının dəyişdirilməsinə etdikləri etiraza münasibət bildirib.

Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, imtahan hansı formada keçirilməsindən asılı olmayaraq, şəffaf və obyektiv keçirilməlidir: "Imtahanın obyektiv və ya qeyri-obyektiv keçirilməsi heç bir şəkildə imtahanın formasından asılı olmamaldıır. Məsələnin bu şəkildə qoyilması- əgər imtahan forması şifahi şəkildədirsə, obyektiv, digər şəkildə qeyri-obyektivdir- bu, ən azı, sadölövlük, ya da bilərəkdən məlumatın qeyri-düzgün şəkildə təqdim olunmasıdır".

M.Cabbarov bildirib ki, istənilən tələbə və ya tələbə qrupunun imtahanların keçirilməsi, imtahan zamanı baş verən qayda pozuntuları ilə bağlı müraciəti olduqda Təhsil Nazirliyi bununla bağlı müvafiq qərar və cəza verməyə hazırdır: "Ümumilikdə ali təhsil sistemində biliyin qiymətləndirilməsi ilə bağlı aparılan siyasət çox sadədir. Ali təhsil sistemində ümumiyyətlə, təhsil sistemində qanunun aliliyi təmin olunmalıdır. Təhsil Nazirliyi tərəfindən mövqeyimiz birmənalıdır. Bu məsələ həm təhsil verənlərə, həm də təhsilalnlara aiddir. Ona görə qanun çərçivəsində nizam-intizama riayət edilməlidir. Əgər qanun pozuntuları olarsa, bütün tədbirlərin görülməsi, cəzaların tətbiqi təmin olunacaq".

Təhsil sistemində qiymətləndirməni çox mühüm amil sayan nazir qeyd edib ki, ali təhsildə verilən bilik səviyyəsi heç də obyektiv və şəffaf keçriilən imtahanda tam şəkildə təsdiqlənə blmir. Bu da universitetləri məcbur edirki, həm təhsil sistemlərinə, həm də qiymətləndirmə formalarına yenidən baxsınlar, təkmilləşdirmə yolları axtarsınlar. Bunu normal hal sayan M.Cabbarov heesab edir ki, ali təhsil ocaqlaırnın bu məsələlər barədə düşünməsi , islahatların, təkmilləşmənin yeni formaların tətbiq etməsi məntiqli və düzgün bir istiqamətdir.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin, daha sonra isə Azərbaycan Universitetinin tələbələri imtahanların etstlə deyil, yazılı formada keçirilmısinə etiraz ediblər.