BolgeXeber.Com » Sosial » Baharın əsas trendi bu saçlardır

Baharın əsas trendi bu saçlardır

30-03-2024, 17:59
Oxunub: 1 832
Bob kəsimi artıq bir neçə mövsümdür ki, ən dəbli saç stili statusunu əldən vermir. Qlamur Hollivud ulduzları yekdilliklə bob saç düzümü ilə gənc qızları ilhamlandırmağa qərar veriblər. Əvvəlcə mükafatlar mövsümü, daha sonra moda həftələrində aktrisa Zendayadan pop ulduzu Cennifer Lopezə qədər bir çox sənətçi müxtəlif uzunluqlarda bob saç kəsimi ilə qarşımıza çıxdılar. Odur ki, dünyanın bütün gözəllik salonlarında bob ən çox tələb olunan saç kəsimlərindən biri olaraq qalır. Bununla belə bob özü uzun və qısa kəsimlərə bölünür. Keçən il bobun qısa kəsimi dəbdə olsa da, bu il onun uzun və daha dağınıq versiyası daha aktualdır.

Bolgə.TV xəbər verir ki, bob saç stili 2024-cü ilin əsas trendlərindən biridir və dəb dünyasında onu "Nirvana" adlandırırlar.
Beləliklə, texniki nöqteyi-nəzərdən, "Nirvana"da saç körpücük sümüyünə qədər uzanır. Saç düzümü əldə etmək istədiyiniz son nəticədən asılı olaraq bir qədər dəyişdirilə bilər. Ön hissəyə qatlar əlavə edə, hətta kəkil də kəsdirə bilərsiniz. Lakin onlarda dağınıqlıq və düşünülmüş səliqəsizliyin olması vacibdir. Dümdüz kəsilmiş kəkil bob saç stilinə ümumiyyətlə uyğun gəlməyəcək və yad bir obyekt kimi görünəcək. Kəsimin üstünlüyü ondan ibarətdir ki, uzunluq və üslub üçün təxəyyülünüzə kifayət qədər geniş imkanlar verir.
Birincisi, "Nirvana" saç düzümündə saçlar asanlıqla broşla toplanır, hətta aşağıda at quyruğu və ya toppuz şəklində toplana bilər. İkincisi, onlar çox fərqli şəkildə tərtib edilə bilər: 90-cı illərin həcmli versiyası və ya dalğalı. istənilən halda möhtəşəm görünəcək.