BolgeXeber.Com » Sosial » Gürcüstanın Bakıdakı səfiri geri çağırıldı

Gürcüstanın Bakıdakı səfiri geri çağırıldı

26-03-2025, 14:49
Oxunub: 1 176
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-də vəzifəsindən geri çağırılacaq.
Bolgə.tv xəbər verir ki, bununla bağlı Gürcüstan Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.
Fərman təsdiqlənməsi üçün Gürcüstan Prezidenti Mixail Kavelaşviliyə təqdim olunub.
Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Ötən ilin dekabrında səfirin səlahiyyət müddəti bu ilin aprelin 1-dək uzadılmışdı.