BolgeXeber.Com » İdman » Bakı-2015: 3 güləşçimiz yarımfinalda - Canlı yayım

Bakı-2015: 3 güləşçimiz yarımfinalda - Canlı yayım

13-06-2015, 12:55
Oxunub: 3 521 Bakı-2015: 3 güləşçimiz yarımfinalda - Canlı yayım10:24 Bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start veriləcək

Axar.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalça üzərinə çıxacaq. Yunan-Roma güləşi 59 kq Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edəcək. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşəcək. Onun döyüşü 10:49-da başlayacaq. 71 kq 71 kq çəki dərəcəsində güləşəcək Rəsul Çunayev də yarışa 1/8 finaldan start verəcək. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı saat 11:03-də başlayacaq görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gələcək. 80 kq Digər 2 təmsilçilərimiz kimi ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirəcək. Avropa çempionatının, Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı 11:24-də Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirəcək. 98 kq Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulacaq. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşacaq. O, xalçaya 10:35-də çıxacaq. Qeyd edək ki, güləş yarışlarına saat 10:00-da start verilib. 10:24 Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində türkiyəli güləşçi Özel Yunus belarus güləşçi Liak Pavelə 4-1 hesabı ilə məğlub oldu. 10:41 Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində almaniyalı güləşçi Staebler Frank slovakiyalı güləşçi Yakus Voyteçi 3-0 hesabı ilə məğlub etdi. 10:56 Hazırda Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan Nuriyev isveçli güləşçi Tounasides Tedorla qarşılaşır. 11:00 Güləşçimiz Orxan Nuriyev isveçli güləşçi Tounasides Tedoru 3-1 hesabı ilə mğlub etdi. O, 1/8 finalda litvalı güləşçi Lauranaitis Viliusla qarşılaşacaq. 11:10 Yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində güləşçimiz Elman Muxtarov gürcü güləşçi Meladze Gizonu 3-1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldi. 11:24 Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev moldovalı güləşçi Daniel Kataraqanı 3-1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldi. 11:39 Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq Hüseynov avstriyalı güləşçi Maykl Vaqneri 3-0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldi. 12:28 Yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində güləşçimiz Elman Muxtarov norveçli güləşçi Berge Stig-Andreni 3-1 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi. *** Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq Hüseynov bolqarıstanlı güləşçi Daniel Aleksandrovla güləşir. *** Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq Hüseynov bolqarıstanlı güləşçi Daniel Aleksandrovu 4-0 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi. 12:40 Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev xorvatiyalı güləşçi Dominik Etlingeri 3-0 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi.