BolgeXeber.Com » İdman » Kriştianu Ronaldo 500-cü qolunu vurdu-VIDEO

Kriştianu Ronaldo 500-cü qolunu vurdu-VIDEO

1-10-2015, 09:57
Oxunub: 3 731  Kriştianu Ronaldo 500-cü qolunu vurdu-VIDEOMadrid “Real”ının hücumçusu Kriştianu Ronaldu karyerasındakı 500-cü qolunu vurub

Apasport.az saytının məlumatına görə, portuqaliyalı forvard Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Malmö” – “Real Madrid” qarşılaşmasında hesabı açmaqla özü üçün rekord və yubiley müəyyənləşdirib.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu göstəriciyə karyerası ərzində klublar və yığma səviyyəsində keçirdiyi 753-cü matçında imza atıb.

Əlavə olaraq bildirək ki, bu qol həm də Kriştianonun “Real” üçün Çempionlar Liqasında vurduğu 66-cı qoldu.
Bolgexeber.com