Blatterdən şok etiraf — 2018-ci il dünya çempionatı Rusiyaya satılıb
31-10-2015, 10:54
Oxunub: 2 215
FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnun gizli razılaşma nəticəsində Rusiyaya verildiyini etiraf edib
Y. Blatter bunu Britaniyanın “The Financial Times” qəzetinə müsahibəsində deyib. O bildirib ki, gizli razılıq FİFA ali rəhbərliyində əldə olunub və səsvermənin nəticələrini saxtalaşdırmağı da nəzərdə tutub: “Razılaşdırılan və yazılı olmayan qərar onu nəzərdə tuturdu ki, səsvermə nəticəsində biz iki nəhəng derjava – Rusiya və ABŞ-ı seçəcəyik”.
Qeyd edək ki, ABŞ 2022-ci il dünya çempionatına ev sahibliyi etmək arzusunda olub, lakin səsvermədə Qatara uduzub. Gizli razılıq barədə qərarın FİFA İcraiyyə Komitəsinin bütün üzvləri tərəfindən qəbul edilib-edilmədiyi haqda sualı cavablandıran Blatterin sözlərinə görə, qərarı İK qəbul etməyib: “Bu, kulisarxası qərar idi, hər hansı müşavirə olmayıb”.
Y. Blatter UEFA prezidenti Mişel Platininin öz səsini Qatara verərək 2022-ci il dünya çempionatı ilə bağlı razılaşmanı pozduğunu və bunun ABŞ-ın qəzəbinə səbəb olduğunu vurğulayıb.
Xatırladaq ki Y. Blatter daha öncə dünya çempionatlarının ev sahibliyi uğrunda mübarizəni uduzan dövlətləri FİFA-nı parçalamaq kampaniyası aparmaqda ittiham etmişdi. O, FİFA-dakı korrupsiya qalmaqalının ABŞ-Rusiya konfliktindən qaynaqlandığını söyləyib.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət