Oxunub: 5 680Roman Qriqorçukun komandası çempionatda artıq 3 turdur ki qələbə qazan bilmir
Bu gün Topaz Premyer liqazaının 11-ci turunun “Qəbələ” və “Kəpəz” arasında təxirə salınmış oyun keçirilib.
Oxu.Az xəbər verir ki, dünən Qəbələdə keçirilən oyun “Kəpəz”in hesabda 1:0 irəli olduğu zaman güclü duman səbəbindən dayandırılmışdır.
Bu gün oyun davam etdirilib və gəncəlilərin 2:1 hesablı qələbəsi ilə bitib. “Kəpəz”ə qələbə qazandıran qolu hakimin əlavə etdiyi dəqiqələrdə Dario Federiko vurub.
“Qəbələ” çempionatda artıq 3 turdur ki qələbə qazan bilmir.
Xatırladaq ki, dünən “İnter” “Zirə” ilə qolsuz bərabərliyə qalıb, “Qarabağ” isə AZAL-ı 2:0 hesabı ilə məğlub edib.
Sabah isə “Sumqayıt” - “Neftçi” və “Rəvan” - “Xəzər-Lənkəran” oyunları keçiriləcək.