BolgeXeber.Com » İdman » Bakıda Formula-1-ə baxmağın qiyməti: 620 manat!

Bakıda Formula-1-ə baxmağın qiyməti: 620 manat!

18-12-2015, 13:23
Oxunub: 4 678 Bakıda Formula-1-ə baxmağın qiyməti: 620 manat!"Azərbaycanda təşkil olunacaq Formula-1 Avropa Qran Prisinin yolları üçün büdcədən 12 milyon manat ayrılıb"

ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı qran priyə "Son 6 ay” tədbirinə həsr olunmuş ilk mətbuat konfransında Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov deyib. Həmçinin bildirilib ki, Əməliyyat Komitəsi hələlik 5 milyon xərcləyib.

“Sürprizlər edəcəyik. Konsertlər, şou proqramlar təşkil olunacaq”.

Nazir bildirib ki, Formula-1 Avropa Qran Prisi üçün biletlər sabah saat 12:00-dan https://www.bakucitycircuit.com/ saytı vasitəsilə satışa çıxarılacaq.

A.Rəhimov azərbaycanlılar üçün bilet qiymətində 40 faiz endirim ediləcəyini deyib. Bilətlərin qiyməti 19 manatdan başlayır. Ən bahalı bilet isə 620 manatdır.

Bakıda Formula-1-ə baxmağın qiyməti: 620 manat!

2016 yarış təqvimi

O qeyd edib ki, yarışlarla bağlı Bakıya 2500 adam gələcək. Bura idmançılar, komanda üzvləri, həkimlər və sairə daxildir. "Onlar həm otellərdə, həm də olimpiya kəndində yerləşdiriləcəklər. Bu kənddə 1 bina personal üçün ayrılıb. Lazım gələrsə, bütün binalarda turistləri də yerləşdirmək mümkündür".

2016-cı il Formula 1 Avropa Qran-Prisinın 17-18-19 iyun 2015-ci ildə keçirilməsi nəzərdə tutulub.

3-günlük biletləri Formula 1 ™ Məşq sessiyalarına, Təsnifat turuna və bazar günü keçiriləcək əsas yarışa tamaşa etməyə imkan verəcək. Bu bilətlərlə siz həftənin Cümə axşamı pit zolağına giriş və həftəsonu müxtəlif ticarət və əyləncə zonalarına daxil olmaq imkanını əldə edəcəksiniz.

Cümə, şənbə və bazar axşamları əyləncənizə rəng qatmaq üçün xarici ulduzların iştirakı ilə müxtəlif konsert proqramları təşkil ediləcək.
Bolgexeber.com
Bakıda Formula-1-ə baxmağın qiyməti: 620 manat!