BolgeXeber.Com » İdman » Ronaldu mövsümdə 4-cü penaltini vura bilməyib: Portuqaliya uduzdu-VİDEO

Ronaldu mövsümdə 4-cü penaltini vura bilməyib: Portuqaliya uduzdu-VİDEO

26-03-2016, 11:12
Oxunub: 3 537 Ronaldu mövsümdə 4-cü penaltini vura bilməyib: Portuqaliya uduzdu-VİDEOPortuqaliyanın futbol üzrə yığma komandası yoldaşlıq matçında öz meydanında gözlənilmədən Bolqarıstan millisinə məğlub olub – 0:1

Yeganə qolu Marselinyo (19 dəq.) meydan sahiblərinin qapısından keçirib.

Oyunun 66-cı dəqiqəsində portuqalların lideri Kriştianu Ronaldu 11-metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək, Portuqaliya və “Real” (Madrid) ulduzu mövsümdə sayca 4-cü penaltini vura bilməyib. Bundan əvvəl martın 20-də, İspaniya çempionatının 30 turu çərçivəsində keçirilən “Real”-“Sevilya” matçında K.Ronaldu penaltini dəqiq yerinə yetirə bilməmişdi.