BolgeXeber.Com » İdman » “Real” 11-ci dәfә Çempionlar Liqasını qazandı - FOTO,VİDEO

“Real” 11-ci dәfә Çempionlar Liqasını qazandı - FOTO,VİDEO

29-05-2016, 12:35
Oxunub: 3 933 “Real” 11-ci dәfә Çempionlar Liqasını qazandı - FOTO,VİDEORonaldo Çempionlar Liqası kubokunu "Real"a qazandırdı

UEFA Çempionlar Liqasında 2015/2016 mövsümünün qalibi məlum olub.

Milanın "San Siro" stadionunda keçirilən final oyununda Madridin "Real" və "Atletiko" klubları qarşılaşıblar.

Oyuna "Kral klubu"nun futbolçuları fəal başlayıblar. Bunun məntiqi nəticəsi olaraq, 15-ci dəqiqədə Serxio Ramos fərqlənib.

İkinci hissədə isə növbə "Atletiko"ya çatıb. Əvvəlcə 48-ci dəqiqədə Qrizman "Real"ın qapısına təyin olunan penaltidən yararlana bilməyib. Lakin 79-cu dəqiqədə Karrasko hesabı bərabərləşdirib - 1:1.

Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt təyin olunub. Burada da komandalar fərqlənə bilmədiyi üçün cütün qalibinin adına penaltilər seriyasında aydınlıq gəlib. Penaltiləri daha dəqiq yerinə yetirən "Real" 11-ci dəfə Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, 2 il əvvəl də bu komandalar finalda qarşılaşmış, "Real" qələbə qazanmışdı.