Avro-2016: Fransa çətin qələbə qazandı - VİDEO
11-06-2016, 09:26
Oxunub: 6 303
Turnirdə ilk qolun müəllifi Olivye Jiru olub
Fransa yığması Avropa çempionatının açılış matçında Rumıniya millisi üzərində qələbə qazanıb.
Görüş 2:1 hesabı ilə yekunlaşıb.
Avro-2016-da ilk qolun müəllifi Fransa və “Arsenal”ın hücumçusu Olivye Jiru olub. O 58-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb.
Rumıniyalılar 65-ci dəqidədə oyunda tarazlığı bərpa ediblər. Nikolaye Stançu 11 metrlik zərbəni dəqiq yerinə yetirib.
Fransanın qələbə qolunu 89-cu dəqiqədə Dmitri Payet vurub. “Vest Hem”in yarımmüdafiəçisi cərimə meydançasından kənardan güclü zərbə ilə uzaq “doqquzluğu” dəqiq nişan alıb.
Fransa - Rumıniya - 2:1.
Avropa çempionatı
Qrup mərhələsi
A qrupu
10 iyun
Fransa - Rumıniya - 2:1
Qollar: Olivye Jiru, 56, Paye, 89 - Stanku, 65 (pen.)
Hakimlər: Viktor Kaşşai
Yan xətt hakimləri: Dyord Rinq, Ventsel Tot
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş
Dördüncü hakim: Byorn Kuypers (hamısı Macarıstan)
Sen-Deni. "Stad de France"
Fransa: 1. Hüqo Lloris (q) (k), 3. Patris Evra, 4. Adil Rami, 5. Nqolo Kante, 7. Antuan Qrizman ( 20. Kinqsli Koman, 66), 8. Dmitri Paye (18. Musa Sissoko, 90+2), 9. Olivye Jiru, 14. Bleyz Matuidi, 15. Pol Poqba (11. Antoni Martial, 77), 19. Bakari Sanya, 21. Loren Kosielni
Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Benoy Kostil (q), 2. Kristof Jale, 13. Elakim Manqalya, 17. Lukas Dinye, 22. Samuel Umitite, 6. Yohan Kabaye, 12. Morqan Şneyderlin, 10. Andre Pyer Jinyak
Baş məşqçi: Didye Deşam
Rumıniya: 12. Kiprian Tataruşanu (q), 3. Razvan Rat, 5. Ovidiu Hoban, 6. Vlad Krikeş (k), 8. Mihai Pintilli, 10. Nikolae Snatçiu (7. Aleksandru Çipçiu, 72), 14. Florin Andonde (9. Denis Alibek, 61), 19. Boqdan Stanku, 20. Adrian Popa (11. Qabriel Torxe, 82), 21. Draqoş Qriqor, 22. Kristian Sapunaru
Ehtiyat oyunçular: 1. Kostel Pantilimon (q), 23. Silvio Lunq (q), 2. Aleksander Matel, 4. Kosmin Moti, 13. Klauduio Keşeru, 15. Valeria Qaman, 16. Steliano Filip, 17. Lusian Sanmarten, 18. Andrey Prepelita
Baş məşqçi: Anxel Yordanesku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər