Azərbaycanın üç futbol komandası dağılıb
24-08-2012, 15:45
Oxunub: 7 150
Azərbaycan çempionatının I divizionunda çıxış edəcək komandalar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümündə Premyer Liqaya vəsiqə uğrunda 13 komanda mübarizə aparacaq. Bunlar "Qaradağ Lökbatan", "Neftçala", "Şahdağ", "Bakılı", "Lokomotiv", "Şəmkir", "Tərəqqi", "Şuşa", "Energetik", MOİK, "Göyəzən", "Ağsu", "Qala" klublarıdır.
Sonuncu 2 komanda – “Ağsu” və “Qala” ilk dəfə ölkə çempionatında iştirak edəcək. Bu 2 klub yeni addırsa, ötən mövsüm bu yarışa qatılan 3 iştirakçı fəaliyyətini dayandırıb.
Azərbaycan futbolunda növbəti “ölən” klublar “Karvan”, “MKT-Araz” və “Muğan” olub. Bunlar vaxtilə Premyer Liqada oynamış komandalardır. Sonuncular istisna olmaqla, digər iki komanda avrokuboklarda da çıxış edib.
Qeyd edək ki, artıq bu gün saat 16:00-da I divizionun püşkü atılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər