Kamran Ağayev: Azərbaycana gəlmək istəmirəm
10-03-2017, 15:03
Oxunub: 4 480
Artıq iki gündür heyətə dönmüşəm. Özümü yaxşı hiss edirəm. Sadəcə, tam sağalmağıma ehtiyac var. Ümid edirəm ki, növbəti aylarda özümə gələcəm
Bolgexeber.com goal.az-a istinadən xəbər verir ki, bu fikirləri sport24-ə açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bildirib.
Portuqaliyanın “Boavişta” klubunda çıxış edən təcrübəli əlcək sahibi uzunmüddətli zədədən sonra heyətə dönüb. Kamran Ağayev artıq Portu klubu ilə birlikdə məşqlərə başlayıb:
“Milli komandanın oyununu düşünürəm. Martın 26-da Almaniyaya qarşı matçda yığmamıza kömək etmək niyyətim var. Millinin oyunundan sonra isə tam müalicə olunmaq üçün çalışacağam”.
K.Ağayev İslam Olimpiadasında komandamızın heyətində çıxış etmək istədiyini də bildirib:
“İslam Olimpiadasında çıxış etmək istəyirəm. Əgər təklif gələrsə, sevə-sevə komandamızın şərəfini qoruyaram. Bu, mənə oyun təcrübəsi baxımından da çox kömək edər”.
31 yaşlı qapıçı “Boavişta”dakı gələcək taleyinə də aydınlıq gətirib:
“Əvvəl də dediyim kimi, burada qalmayacağam. Çünki mən daha iddialı komandalarda, Avropa Liqasında, Çempionlar Liqasında çıxış edən klubda oynamaq istəyirəm. Həm də burada vəziyyət yaxşı deyil. Dediyim kimi məni sıxışdırırlar ki, müqaviləmi artırım. Amma müqaviləyə görə özümü bədbəxt edən deyiləm. Mən Azərbaycana gəlmək istəmirəm, Avropada oynamaq istəyirəm”.
“Hazırda təkliflər varmı” sualına qapıçı belə cavab verib:
“Hazırda heç bir təklif yoxdur. Amma mövsüm bitəndən sonra, yəqin ki, olacaq. Daha uğurlu komandalara keçmək niyyətindəyəm. Bəlkə elə Portuqaliyada avrokuboklarda çıxış edə biləcək bir komandada oynadım”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər