BolgeXeber.Com » İdman » Azərbaycan I Divizionunun qalibi sona 2 tur qalmış müəyyənləşib

Azərbaycan I Divizionunun qalibi sona 2 tur qalmış müəyyənləşib

14-04-2017, 18:22
Oxunub: 2 924 Azərbaycan I Divizionunun qalibi sona 2 tur qalmış müəyyənləşib Futbol üzrə Azərbaycan I Divizionunda 24-cü tura yekun vurulub

"Report"un məlumatına görə, mərkəzi görüşdə "Zaqatala" və "Səbail" komandaları üz-üzə gəlib. Tərəflər görüşü hərəyə bir qolla başa vurublar. Bununla da "Turan Tovuz" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib və birinci pillənin sahibi kimi Premyer Liqaya vəsiqə qazanıb.
"Zaqatala"nın xal itkisindən yararlanan "Şəmkir" "Energetik"i 5:1 hesabı ilə darmadağın edərək, 5-ci pilləyə yüksəlib. Autsayderlərin qarşılaşmasında isə "Bakılı" "Göyəzən"i böyük hesabla yenib - 4:0.