Divizionda oyun alveri: Könüllü uduzanlar var
31-03-2018, 14:37
Oxunub: 4 595
Ölkə çempionatının I divizion son turlarının 5 qarşılaşması AFFA-nın yaratdığı xüsusi komissiyanın diqqət mərkəzindədi
Bolgexeber.com “sportinfo”ya istinadən xəbər verir ki, “Sabah” – “Binə” (5:0), “Xəzər” – “Mil-Muğan” (5:0), MOİK – “Qaradağ Lökbatan” (1:2), “Ağsu” – “Zaqatala” (0:1) və “Turan Tovuz” – “Şüvəlan” (1:0) matçları ciddi müzakirə obyektidi.
AFFA-ya bu matçlarla bağlı UEFA-dan siqnallar gəlib. İlk 2 oyunun bolqollu olacağına böyük pul qoyuluşları edilibsə, digər görüşlərdə konkret olaraq komandalardan birinin qələbəsi “fərqləndirilib”.
Amma başqa şübhəli oyunlar da var. Bu baxımdan yenə “Turan Tovuz”la “Ağsu” seçilir. Tovuzluların 18-ci turda evdə “Zaqatala”ya 0:1, daha öncə MOİK-ə 1:2 uduzduğu oyunlar şübhəlidi. Əsgər Abdullayevin yetirmələrinin güclü rəqibləri hətta səfərdə udduğu halda evdə gözlənilməz məğlubiyyətlər alması təsadüfi deyil. Bildiyimizə görə, Tovuzdakı matçda hətta “Zaqatala” futbolçuları özləri şokda imiş. Onlar rəqibin sanki bilərəkdən uduzmaq istəməsini aşkar hiss ediblər.
Rəqibləri ala, onlarla razılaşa bilmədikdə komandaların futbolçularının öz məğlubiyyətlərinə pul qoyub buna nail olması təzə xəbər deyil. Bu baxımdan “Ağsu” da “ixtisaslaşıb”. Rüfət Quliyevin yetirmələrinin məğlubiyyətlərinin çoxunu evində alması nağıl deyil. Qışdan sonra 16, 19 və 21-ci turlarda alınan ev yenilgilərindən biri xüsusilə maraqlıdı. Və yenə də bundan faydalanan könüllü təslim olan rəqibin qarşısındakı “Zaqatala” olub.
AFFA bu oyunlara da diqqət yetirsə, pis olmaz. Divizionda oyunlar əsasən, komandaların könüllü məğlubiyyəti ilə əlamətdar olur. Bu baxımdan “Turan Tovuz” və “Ağsu”nun zaqatalalılara tək qollu məğlubiyyətlərinə diqqət edilməlidi. İkinci matç yuxarıda qeyd etdiyimiz siyahıda var, lakin Tovuzdakı görüş də ora əlavə olunmalıdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər