Millətlər Liqasında 5-ci tura start verilir
15-11-2018, 13:17
Oxunub: 4 760
Bu gün UEFA Millətlər Liqasında V turun oyunlarına start veriləcək.
Bolgexeber.com report.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 liqada 9 qarşılaşma təşkil olunacaq.
A Liqasında iki oyun keçiriləcək. II qrupda Belçika doğma meydanda İslandiya ilə qarşılaşacaq. Meydan sahibləri bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələ şanslarını daha da artıracaq.
IV qrupda isə Xorvatiya evdə İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək. Xorvatlar bu görüşdə də qələbə qazana bilməsələr növbəti mərhələdən məhrum olacaqlar.
B Liqasının III qrupunda Bosniya və Hersoqovina səfərdə Avstriyadan bir xal ala bilsə növbəti matç komanda üçün formal xarakter daşıyacaq.
C Liqasının II qrupunda Macarıstan Estoniyanı, Yunanıstan isə Finlandiyanı qəbul edəcək. Macarıstan və Estoniya növbəti mərhələ şanslarını itirib. Finlandiya isə bir xal qazanacağı təqdirdə sonrakı mərhələni rəsmiləşdirəcək.
Lüksembur yığması D Liqasının II qrupunda evdə Belarusla üz-üzə gələcək. Meydan sahibləri qələbə qazansa, növbəti mərhələyə yüksələcək. Qrupun digər matçında isə San Marino və Moldova komandaları qarşılaşacaqlar.
15 noyabr
Millətlər Liqası
V tur
A Liqası
2-ci qrup
23:45. Belçika - İslandiya
Xal durumu: Belçika - 6 xal (2 oyun), İsveçrə - 6 (3), İslandiya - 0 (3)
4-cü qrup
23:45. Xorvatiya - İspaniya
Xal durumu: İspaniya - 6 xal (3 oyun), İngiltərə - 4 (3), Xorvatiya - 1 (2)
B Liqası
3-cü qrup
23:45. Avstriya - Bosniya və Hersoqovina
Xal durumu: Bosniya və Herseqovina - 9 xal (3 oyun), Avstriya - 3 (2), Şimali İrlandiya - 0 (3)
C Liqası
2-ci qrup
23:45. Yunanıstan - Finlandiya
23:45. Macarıstan - Estoniya
Xal durumu: Finlandiya - 12 xal (4 oyun), Yunanıstan - 6 (4), Macarıstan - 4 (4), Estoniya - 1 (4)
D Liqası
1-ci qrup
19:00. Qazaxıstan - Latviya
23:45. Andorra - Gürcüstan
Xal durumu: Gürcüstan - 12 xal (4 oyuna), Qazaxıstan - 5 (4), Latviya - 2 (4), Andorra - 2 (4)
2-ci qrup
23:45. Lüksemburq - Belarus
23:45. San Marino - Moldova
Xal durumu: Lüksemburq - 9 (4), Belarus - 8 (4), Moldova - 5 (4), San Marino - 0 (4).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər