“Qalatasaray”ın səfər, “Barselona”nın ev sınağı
12-03-2013, 09:05
Oxunub: 6 934
Bu həftə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində son 4 matç baş tutacaq. Bu qarşılaşmalardan ikisi bu gün, ikisi isə sabah keçiriləcək.
Bugünkü qarşılaşmalar daha çox maraq kəsb edir. Belə ki, Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyənin “Qalatasaray” və İspaniyanın “Barselona” klubları 1/4 finalın 1 addımlığında çətin sınağa çıxacaq.
İstanbul təmsilçisi öz meydanında məğlub edə bilmədiyi “Şalke” ilə Almaniyada görüşəcək. Türkiyədəki 1:1 hesablı heç-heçədən sonra “Qalatasaray” ya qələbə qazanmalı, ya da məhsuldar heç-heçəyə ümid etməlidir.
“Barselona” evdə oynasa da, işi daha çətindir. İtaliyada Milanın eyniadlı təmsilçisindən 2 cavabsız qol buraxan kataloniyalılar bu məğlubiyyətin əvəzini çıxmalıdır. Milanlıların bu üstünlüyü qorumağa çalışacağını nəzərə alsaq, son matçlarda enişdə olan ispaniyalılar üçün bu heç də asan olmayacaq.
12 mart
“Barselona” (İspaniya) – “Milan” (İtaliya)
İlk oyun – 0:2
“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
İlk oyun – 1:1
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər