Fariz Məmmədovdan növbəti qələbə
24-03-2013, 11:35
Oxunub: 7 001
Azərbaycanın peşəkar boksçusu, “Qəbələ” boks klubunu təmsil edən Fariz Məmmədov 2013-cü ildə keçirdiyi ilk döyüşdə qələbə qazanıb.
Almaniyanın paytaxtı Berlinin “Merkur” arenasında baş tutan döyüşdə F.Məmmədovun rəqibi 36 yaşlı polşalı boksçu Mariuzs Biskupski olub. Altı raundluq reytinq döyüşü idmançımızın xal hesablı qələbəsi ilə başa çatıb.
Yeri gəlmişkən, F.Məmmədov rəqibini iki dəfə noqdauna salıb.
Xatırladaq ki, bu, səkkiz illik fasilədən sonra F.Məmmədovun peşəkar rinqdə ikinci döyüşü olub. Bundan əvvəl o, erməni boksçu Jeqise Tomazyana nokautla qalib gəlmişdi.
Qol.Az saytının müxbiri ilə söhbətində F.Məmmədov döyüşün ağır keçdiyini, lakin vəd etdiyi kimi, rəqibinə qalib gəldiyini bildirib. O, bu qələbəni bu yaxınlarda dünyasını vaxtsız dəyişmiş dostu Mübariz Nəcəfova həsr etdiyini söyləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər