Azərbaycan - Portuqaliya 0:2
26-03-2013, 23:05
Oxunub: 7 401
Bu gün Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Bakıda baş tutmuş qarşılaşmada futbolçularımız Portuqaliya yığması ilə üz-üzə gəlib. Oyunun birinci hissəsində hesab açılmayıb. Rəqib komanda qapımız önündə bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabda irəli çıxa bilməyib.
Qarşılaşmanın ikinci hissəsində isə millimiz meydanda 10 nəfərlə qalmalı olub. Hakim 4 dəqiqə ərzində 2 sarı vərəqə alan Rauf Əliyevi meydandan qovub. Azlıqda qalan komandamız rəqibin hücumları qarşısında duruş gətirə bilməyib və nəticədə 63-cü dəqiqədə Bruno Alveş hesabı açıb. Bu qoldan 16 dəqiqə sonra qonaqlar daha bir qol vurublar. 79-cu dəqiqədə Uqo Almeyda fərqlənib.
Beləliklə yığmamız bu oyunda 0:2 hesabı ilə məğlub olub.
anspress
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər