"Essyenlə yalnız pişiklər şəkil çəkdirməyib" - "Səbail"in qapıçısı
18-01-2020, 14:08
Oxunub: 4 900
"Səbail"in qapıçısı Aleksandr Rıbka Ukrayna mətbuatına açıqlama verib.
Bolgexeber.com qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper paytaxt təmsilçisindən ayrılıb, karyerasını ölkəsində davam etdirəcəyi barədə yayılan xəbərləri təkzib edib: "Belə xəbərlərə inanmayın. Mənim klubumla 1.5 illik müqaviləm var. Burada hər kəs mənə hörmətlə yanaşır. Klub rəhbərliyi və məşqçilər heyəti ilə münasibətim yaxşıdır. Ancaq mənə təklif göndərilsə, onu nəzərə ala bilərəm. Azərbaycanda xoşbəxtəm. Lakin ailəmə yaxın olmaq istəyirəm".
A.Rıbka komanda yoldaşı Maykl Essyendən də danışıb: "Açığı, onun nə qədər maaş aldığını bilmirəm. Ancaq Essyenin komandaya pul üçün gəldiyinə inanmıram. Oteldə demək olar ki, təkcə pişiklər onunla şəkil çəkdirməyib. O, çox sadə və ünsiyyətcil insandır".
Qeyd edək ki, Aleksandr Rıbkanın Ukraynanın "Olimpiya" klubuna keçəcəyi haqda xəbərlər var.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər