Çempionlar Liqası: “Bavariya” “Barselona”ya 8 qol vurdu
15-08-2020, 11:05
Oxunub: 8 135
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
“Report”un məlumatına görə, yarımfinala 3-cü vəsiqə uğrunda matçda İspaniya “Barselona”sı ilə Almaniya “Bavariya”sı üz-üzə gəliblər. Görüş Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 8:2.
Qarşılıqlı hücumlarla başlayan oyunda hesab erkən açılıb. Bundesliqa çempionunun heyətində Tomas Müller 4-cü dəqiqədə fərqlənib. Lakin almanların sevinci çox çəkməyib. Cəmi 3 dəqiqə sonra David Alaba topu öz qapısına göndərərək “Barselona”nın hesabı bərabərləşdirməsinə imkan yaradıb.
Bundan sonra kataloniyalılar bir neçə dəfə rəqibin qapısı qarşısında təhlükəli epizodlar yaratsa da, qolu “Bavariya” vurub. 22-ci dəqiqədə İvan Perişiç dəqiq zərbə ilə komandasını yenidən önə çıxarıb. Hücumlarını davam etdirən münhenlilər 6 dəqiqə sonra rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət ediblər. Bu dəfə Serj Qnabri müdafiənin arxasına atılan topu qapıdan keçirib. 31-ci dəqiqədə isə Müller dubl edərək ilk hissədə yekun hesabı müəyyənləşdirib – 4:1.
Fasilədən sonra toparlanmağa çalışan “Barselona” 57-ci dəqiqədə Luis Suaresin qolu ilə fərqi azaltsa da, 6 dəqiqə sonra “Bavariya” 5-ci dəfə rəqibi məyus edib. Yozua Kimmix adını tabloya yazdırıb. 82-ci dəqiqədə Robert Levandovski 6-cı topu ispaniyalıların qapısına vurub. Bununla kifayətlənməyən “Bavariya” rəqibi daha 2 dəfə cəzalandırıb. Filippe Koutinyo 85 və 89-cu dəqiqələrdə fərqlənərək matçda son nöqtəni qoyub – 8:2.
Qeyd edək ki, “Bavariya” növbəti mərhələdə “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə PSJ (Fransa) və “Leyptsiq” (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 – 19 avqust tarixlərində keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər