"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu
24-08-2020, 10:00
Oxunub: 1 336
Almaniyanın "Bavariya" klubu tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
"Report"un məlumatına görə, Münhen təmsilçisi 11-ci dəfə çıxdığı həlledici qarşılaşmada Fransa PSJ-sini məğlubiyyətə uğradıb - 1:0. Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luş" stadionunda keçirilmiş görüşdə yeganə qolu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Fransalı yarımmüdafiəçi yetirməsi olduğu klubu məyus edib.
Bununla da Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.
Çempionlar Liqasının bombardiri adına isə "Bavariya"nın hücumçusu Robert Levandovski sahib olub. O, 11 oyuna 2-si penaltidən olmaqla, 15 qol vurub və 6 məhsuldar ötürmə verib. Polşalı forvarda 2013/2014 mövsümünün bombardiri olmuş Kriştianu Ronaldunun rekordunu təkrarlamaq üçün 2 top çatmayıb.
Digər tərəfdən, 1998-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının final matçı 1:0 hesablı nəticə ilə yekunlaşıb. 22 il əvvəl finalda İspaniya "Real Madrid"i İtaliya "Yuventus"unu bu hesabla yenib.
Qeyd edək ki, avqustun 21-də İspaniya "Sevilya"sı finalda İtaliya "İnter"ini 3:2 hesabı ilə yenərək, Avropa Liqasının qalibi olub. Beləliklə, sentyabrın 24-də Macarıstanın paytaxtı Buxarestdəki "Puşkaş Arena"da "Bavariya" və "Sevilya" arasında UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
"Bavariya" daha əvvəl 1974, 1975, 1976, 2001 və 2013-cü illərdə Çempionlar Liqasını qazanıb.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər