"Qarabağ"ın müdafiəçisi "Şerif"lə matçda iştirak etməyəcək
25-08-2020, 11:44
Oxunub: 5 619
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Moldova "Şerif"i ilə matça itki ilə çıxacaq.
Klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, Ağdam təmsilçisi müdafiəçi Rahil Məmmədovun xidmətindən yararlana bilməyəcək.
Klub rəsmisi Məmmədovun Qəbələdəki toplanışdan əvvəl yüngül zədəsinin olduğunu bildirib. İbrahimovun sözlərinə görə, oyunçu hazırlıq prosesində yenidən zədələnib və hazırda əzələsində ağrılar var.
Əvəzində, komandanın baş məşqçisi Qurban Qurbanov I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 məğlub etdikləri matçı cəza səbəbindən buraxmış Qara Qarayevin xidmətindən yararlana biləcək.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər