Levandovski yenidən ən yaxşı futbolçu seçildi
1-01-2021, 10:58
Oxunub: 408
İspaniyanın "Marca" nəşri 2020-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.
"Report"un məlumatına görə, qalib adını Almaniyanın "Bavariya" klubunun və Polşa millisinin hücumçusu Robert Levandovski qazanıb. İkinci yeri Münhen təmsilçisinin daha bir oyunçusu Coşua Kimmix tutub. Fransa PSJ-sinin forvardı Kilian Mbappe isə üçüncü olub.
İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu dördüncü, İspaniya "Barselona"sının kapitanı Lionel Messi isə 10-cu yerlə kifayətlənib.
Qeyd edək ki, Robert Levandovski 2020-ci ildə "Bavariya"nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. O, habelə, 34 qolla ardıcıl üçüncü mövsüm Bundesliqanın, 6 qolla ardıcıl dördüncü mövsüm Almaniya Kubokunun və 15 qolla ilk dəfə Çempionlar Liqasının bombardiri olub.
Daha əvvəl o, FIFA versiyası üzrə ilin ən yaxşı futbolçusu və "Globe Soccer Awards" mükafatına sahib çıxıb.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət