“Xəzər Lənkəran” Avropa Liqasına heç-heçə ilə başladı
3-07-2013, 09:05
Oxunub: 6 680
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına start verilib.Qitə miqyaslı klub turnirinin açılış matçında “Xəzər Lənkəran” səfərdə ilk görüşünü keçirib.
Təmsilçimiz Malta “Slima”sı ilə münasibətlərinə aydınlıq gətirib. Matçın favoriti kimi göstərilən cənublular ilk yarıda buna uyğun oyun sərgiləyib. Hesabı açan lənkəranlılar böyük üstünlüyə malik olsa da, fərqi artıra bilməyib.
Ta-Qali şəhərinin eyniadlı stadionunda keçirilən görüşün 2-ci hissəsi meydan sahibləri üçün daha uğurlu alınıb. Cüzi üstünlüyə yiyələnən maltalılar hesabda tarazlıq yaradıb. “Xəzər Lənkəran”ın qələbə qazanmaq üçün cəhdlərinə baxmayaraq, Elnur Allahverdiyevin qırmızı vərəqəsindən sonra azlıqda qalan cənublular heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 11-də Lənkəranda keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi (ilk oyun)
2 iyul
“Slima” (MALTA) – “Xəzər Lənkəran” (AZƏRBAYCAN) – 1:1
QOLLAR: Oxavuçi. 62 – Nildo, 14
QIRMIZI VƏRƏQƏ: Elnur Allahverdiyev, 8
Baş hakim: Erik Saar (Estoniya)
Ta-Qali stadionunun ehtiyat meydançası
Bizimxeber.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər