BolgeXeber.Com » İdman » Türkiyə ağırlıqqaldıranı Avropa rekordu qırdı - VİDEO

Türkiyə ağırlıqqaldıranı Avropa rekordu qırdı - VİDEO

7-04-2021, 12:27
Oxunub: 3 552 Türkiyə ağırlıqqaldıranı Daniyar İsmayılov Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında rekorda imza atıb.
73 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı birdən qaldırmada 160 kq nəticə göstərib. Əvvəlki rekord isə 159 kq olub.
İsmayılov təkanla qaldırmada 181 kq-ın öhdəsindən gəlib. Ümumilikdə 341 kq nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da Avropa çempionatının qızıl medalına yiyələnib.
Qeyd edək ki, Daniyar İsmayılov 2015-ci və 2016-cı illərdə də Avropa çempionu olub. O, həmçinin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.